Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda dördəm doğuldu

Uzun illər övlad həsrətində olan Axundovlar ailəsində dördəm doğulub.

2 qız, 2 oğlan olan körpələr tam sağlamdırlar.

Birdən birə 4 övlad sahibi olan gənc ananın sevincinin həddi-hüdudu yoxdur:

“Övladlarımın sağ-salamat doğulmasında Caspian İnternational Hospitalın rəhbərliyinə, xüsusən də bu işdə sonsuz əməyi olan həkim Aytən Səfərovaya minnətdaram. Bu gün həyatımın ən xoşbəxt anıdır.

Respublika günü ərəfəsində doğulan körpələrimə cümhuriyyətimiz qədər şanlı ömür, xoşbəxt gələcək arzulayıram”, deyən Türkan xanım hələ körpələrə nə ad qoyacağını bilmir.

Qeyd edək ki, dördəmlər dünən Caspian İnternational Hospitalda doğulublar.

www.yenicag.az

994