Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü

Bakı şəhər əhalisinin 2021-ci ilin əvvəlində qeydə alınan sayı açıqlanıb.

Yenicag.az-ın Bakı şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadən verdiyi məlumata görə, cari ilin əvvəlinə Bakı əhalisinin sayı 2 milyon 300,5 min nəfər təşkil edib.

Sənədə əsasən, bu göstərici illik ifadədə 7,5 min nəfər və ya 0,3% çoxdur.

Əhalinin sıxlığına gəldikdə, ilin əvvəlində paytaxtın 1 kv. km ərazisinə 1 075 nəfər düşüb.

Qeyd edək ki, proqnozlara görə, 2040-cı ildə paytaxt əhalisinin sayı 3,17 mln. nəfərə çatacağı gözlənilir.

Xatırladaq ki, ərazisi 2,14 min kv. km təşkil edən Bakı şəhərinin 12 rayonu və 59 qəsəbəsi mövcuddur.