Bakıda ekspress qatarında oğurluq edilib

qandal-saxlamaBakıda ekspress qatarında oğurluq edilib.

Martın 1-də Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov saxlanılıb.