Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda əl qumbarası tapıldı

Bu gün Bakının Xətai rayonunun M.Hadi küçəsi, 90 ünvanında 1 ədəd əl qumbarası tapılıb.

Yenicag.az xəbər verir ki, məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhər Baş Polis idarəsinin Xətai rayon Polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə həyata keçirdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.yenicag.az

1045