!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi saxlanıldı

!Reklam – Yazi

Bakıda əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi saxlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə, əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi – Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

www.yenicag.az

625
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv