Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda ən çox yol qəzaları olan ƏRAZİLƏR

Bakıda ən çox yol qəzaları baş verən ərazilər açıqlanıb.

Yenicag.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gündən indiyə qədər ən çox yol qəzasının paytaxtın ən yüksək ərazilərində baş verdiyini bildirib:

“Ən çox yol – nəqliyyat hadisələri Lökbatan dairəsi, 3-cü Kənar Dairəvi Yol, “Şamaxı yol” istiqaməti, “20 yanvar” metrostansiyasının yaxınlığı, Ziya Bünyadov, Babək və Tbilisi prospektləri, Günəşli qəsəbəsi, Suraxanı rayonu və Yasamal rayonu ərazilərində baş verib. Ən çox yol qəzaları Yasamal rayonu və Günəşli qəsəbəsi ərazilərində baş verib. Çünki bu ərazilər Bakının ən hündür əraziləridir”.

V. Əsədov bildirib ki, hazırda Bakının mərkəzi küçələri və adıçəkilən sürüşmə ehtimalı çox olan ərazilər nəzarətə götürülüb.

Xatırladaq ki, ötən gündən indiyə qədər qarlı hava şəraiti ilə bağlı Bakı şəhəri ərazisində 41 yol qəzası baş verib.

Loading...

www.yenicag.az

158
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100