Bakıda bıçaqlanma olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, qanlı hadisə Bakının Yasamal rayonunda baş verib.
Məlumata görə, 1989-cu il təvəllüdlü Babazadə Şahnun Şahin qızı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti kafi qiymətləndirilir.
Müəyyən edilib ki, 29 yaşlı qadın yaşadığı Zərdabi küçəsindəki evdə həyat yoldaşı ilə mübahisə edib. Münaqişə nəticəsində qadının 6 bıçaq xəsarəti aldığı deyilir.
Hadisənin təfərrüatları istintaq yolu ilə araşdırılır.