!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ər üçüncü dəfə intihara əl atdı - Arvadının ölümü ilə barışa bilmir

!Reklam – Yazi

Bakıda ər həyat yoldaşı öləndən sonra öz canına qəsd etmək istəyib.

Yenicag.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, 37 yaşlı Ceyhun Quliyev qarın nahiyəsindən bıçaq xəsarəti ilə 1 saylı Kliniki tibbi mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilib. Bıçağın daxilə nüfuz etmədiyi müəyyən olunub. Tibbi yardımdan sonra Ceyhun Quliyev ambulator müalicəyə buraxılıb. Hadisə barədə polisə məlumat verilib.

Bir uşaq atası olan Ceyhun Quliyev ifadəsində bıçağı özü-özünə vurduğunu bildirib. Məsələ burasındadır ki, bir neçə il əvvəl Ceyhun Quliyevin həyat yoldaşı xəstəlikdən dünyasını dəyişib. O, azyaşlı övladı ilə qalıb. Həyat yoldaşının ölümü ilə barışa bilməyən Ceyhun özünü də öldürmək istəyib. Hazırda Binəqədi polisi zərərçəkənin ifadəsinin düzgünlüyünü yoxlayır. Faktla əlaqədar araşdırmalar aparılır.

Qeyd edək ki, bu, onun intihara üçüncü cəhdidir. Quliyev sonuncu dəfə yanvarın 22-də özünü bıçaqlayaraq öldürmək istəyib.

www.yenicag.az

3023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv