Bakıda ər və arvad yanıb

tibbi-yardim_tecili_esas3Gəncə şəhərində ailə-məişət zəminində baş verən münaqişə zamanı hadisə baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gəncə şəhərində yaşayan Eldar Qocayev Cavadxan qəsəbəsindəki evində ailə-məişət münaqişəsi zəminində üzərinə benzin tökərək özünü yandırıb. E.Qocayevin yanğını söndürməyə cəhd göstərmiş arvadı Ruhinə də yanıq xəsarəti alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(Aznews).