Bakıda əsas yollardan biri bağlanır

sederek-dairevi-yol_2014053020rf7Sabah Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən AzNews.az-a verilən məlumata görə, Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq.

Təmir ilə əlaqədar hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq.