Bakıda ev kül oldu

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 41 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları 34 kvadrat metr sahədə yanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.