Bakıda ev yandı – 3 nəfər təxliyə olundu

Bakının Xətai rayonunda ev yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 48 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları, ev əşyaları 12 m2 sahədə yanıb, yüksək temperaturdan dəhlizin və mətbəxin lambirdən ibarət tavanı 14 m2 sahədə əriyib.

Yanğın zamanı yuxarı mərtəbədən ikisi azyaşlı olmaqla, 3 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.