Bakıda ev yandı – 5 nəfər təxliyə olundu

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 46 m² olan 3 otaqlı mənzilin 1 otağında 15 m² sahədə ev əşyaları və 2 ədəd məişət avandanlığı yanıb.

Yenicag.az xəbər verir ki, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib.

Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29