!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda ev yanıb, ev sahibi yanaraq ölüb

!Reklam – Yazi

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Yeniçağ.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi, 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv