Bakıda evdə külli miqdarda narkotik aşkarlandı

Bakıda evdə külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İgid Həsənovun yaşadığı evə baxış zamanı oradan 1,4 kiloqram heroin aşkar olunaraq götürülüb.