Bakıda evdə partlayış – Xəsarət alan var

Bakıda mənzildə partlayış olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında qeydə alınıb. Hamam otağındakı su qızdırıcısında baş verən nasazlıq nəticəsində partlayış olub. Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Famin Musayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA/