Bakıda evdə yanğın: ÖLƏN VAR

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata əsasən, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.