Sabunçuda evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində mebel 3 m² sahədə və 1 ədəd məişət avadanlığı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.