Bakıda evdən 12 min manat oğurlayan qadın saxlanıldı

Bakıda mənzildən 12 min manatdan artıq oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 5-də Türkan qəsəbəsindəki evlərin birindən 12285 manat pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ş.Əliyeva saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.