Bakıda evdən 48 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Yenicag.aza Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 14-də rayon ərazisindəki evlərin birindən 800 manat pul, 10 000 ABŞ dolları və 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov saxlanılıb.

Xatırladaq ki, ümumilikdə evdən 47 800 manatlıq oğurluq edilib.