Bakıda evdən 5 min manat oğurlandı

Bakıda mənzildən 5 min manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 700 ABŞ dolları, habelə məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri V.İsmayılov və M.Babayev saxlanılıblar.

Araşdırma aparılır.