Bakıda evdən 8 min manat oğurlandı

Bakıda mənzildən 8 min manat pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.İsmayılov və R.İmanov saxlanılıblar.