Bakıda evdən ər-arvadın meyiti tapıldı

Bakı şəhəri, Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən fərdi yaşayış evində 2 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Yenicag.az-a Yasamal Rayon Prokurorluğundan bildirilib.

Ölümün səbəbinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılır.