Səbail rayonunda ölüm hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Bayıl qəsəbəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Qonşular mənzildə yaşayan kişinin meyitini aşkar edib. Mənzilə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.
Məlum olub ki, ölən şəxs Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Həsənov İlqar Ağalar oğludur.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.