Bakıda evdən meyiti tapılan dörd nəfərin ölüm səbəbi AÇIQLANDI

Bakının Nərimanov rayonunda 4 nəfərin ölümünə səbəb dəm qazından zəhərlənmə olub.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, yanvarın 5-də Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfərin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir:

“Aparılan araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində müəyyən edilib ki, mərhumların ölümünə səbəb dəm qazından zəhərlənmə olub”.