Bakıda evdən oğurluq edən yeniyetmə tutuldu

Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.

Yenicag.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 130 manat pul və 2 ədəd samovar oğurlamaqda şübhəli bilinən yeniyetmə tutulub.

Faktla bağlı araşdırma aparılır.