Bakı şəhərində mənzildən meyit tapılıb.
Yenicag.az-ın məlumatına görə, paytaxtın Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 33/35, mənzil 9 ünvanında skeletləşmiş qadın meyiti aşkar edilib.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin həmin evin sahibi, 1933-cü il təvəllüdlü Kosyançuk Qalina İvanovna olması müəyyənləşdirilib.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./APA/