!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evləri su basdı: 77 nəfər təxliyə olundu

!Reklam – Yazi

eeec149b93058eb1f87a5659135e6fd61476789548Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayarmovun verdiyi məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

“Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir”.

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv