!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda evlərdən oğurluq edən dəstə saxlanıldı - Biri yeniyetmədir

!Reklam – Yazi

Paytaxtın Səbail rayonu ərazisində 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazova olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən onların törətdikləri cinayət əməllərinin üstü açılıb.

Belə ki, yeniyetmənin həmin şəxslərlə birgə oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Araşdırma aparılır.

www.yenicag.az

2133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv