Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nazilə Hüseynova saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, Azadlıq prospektində yerləşən masaj salonunda gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılıb.
Araşdırma aparılır.