Bakıda FACİƏ: 1 yaşlı qardaşı qızının üstündən “QAZel”lə keçdi

Bakı sakini 1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı – 1 yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

COP29