Bakıda faciə – 20 yaşlı gəlinin meyiti tapıldı

Bakıda qadının kirayə qaldığı evdə meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39-da baş verib.

1998-ci il təvəllüdlü Aydan Allahverdiyevanın meyiti kirayə yaşadığı evin hamam otağında aşkar edilib. Qayınanası bildirib ki, onun meyitini hamamda dəm qazından boğularaq ölmüş vəziyyətdə aşkarlayıb.

Faktla bağlı cinayət işi başlanıb.