Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda faciə: Boru fəhlənin üstünə düşdü – VİDEO (18+)

29450Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Qağayı” Gənclər Düşərgəsində dəhşətli faciə baş verib.

Sosial şəbəkələrdə yayılan videoda adıçəkilən ərazidə söküntü işləri aparılan zaman iri boru orada olan şəxslərdən birinin üzərinə düşüb. Həmin şəxs hadisə yerindəcə keçinib. Onun Dövlət Əmlak Komitəsinin əməkdaşı olduğu iddia edilir.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsindən Axar.az-a bildirilib ki, hadisə yeni baş verib:

“Hadisə barədə polis bölməsinə bu dəqiqələrdə məlumat daxil olub. Operativ qrup dərhal hadisə yerinə göndərilib”.

https://youtu.be/T8ZrlfqRqi8

www.yenicag.az

510