Bakıda FACİƏ – Gənc fəhlə liftlə tavanın arasında sıxılaraq öldü

Bakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.

Yenicag.az-ın xəbərinə görə, hadisə yanvarın 21-də, saat 12 radələrində, paytaxtın Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanında yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, “İKMA Services” MMC tərəfindən lift quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib. Hadisə nəticəsində həmin şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Musa Dəmirov şaxtada liftlə tavanın arasında sıxılaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

COP29