Bakıda faciə: Xəstə yanaraq öldü

yanginBakıda yanğın olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yaşayan Əli Qafarovun evində yanğın olub.

Nəticədə iflic xəstəsi olan Ə.Qafarovun yatdığı çarpayı yanıb. Yanğın söndürüldükdən sonra onun üzərində yanıq xəsarətləri olan meyiti tapılıb. Yanğının Ə.Qafarovun çəkdiyi siqaretin çarpayısına düşməsi nəticəsində baş verməsi ehtimal olunur.

Faktla bağlı araşdırmalar davam etdirilir.