!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Audio

!Reklam – Yazi

big_1462479082_manset3 türkiyəli turist, Bakıda işbazların toruna düşüb. Onlar da əksər kafe-barlarla əlbir olan əxlaqsız qadınların qurduqları tələyə düşüb. Belə ki, gecə saatlarında könlünə qadınlarla vaxt keçirmək düşən turistlər “odnoklassniki” sosial şəbəkəsində tanış olduqları qadınla əlaqə saxlayaraq görüş təyin ediblər: “Qadın, söhbət zamanı 25 manata görüşdüyünü bildirdi. Yerləşdirdiyi şəklin altında da şəklin ona aid olduğunu yazmışdı.

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Səs Yazısı

Nömrəyə zəng edəndə bizi Nizami metrosunun qarşısına çağırdı. Metronun yanında olanda təkrar mənə zəng edin dedi və biz də elə etdik. Bizə Nizami metrosundan köhnə avtovağzal istiqamətində yuxarı tərəfə qalxmağımızı istədi və oradaki marketdən iki qutu siqaret və “RedBull” almağımızı istədi. Biz tapşırılanları alanda onlar artıq bizi gördülər və Mustafa Sübhi küçəsində yerləşən “Kera” kafeyə dəvət etdilər. İçəri girən kimi masanın üstünü biz sifariş vermədən doldurdular. Qızlar içdi, söhbət etdilər. Biz artıq işin nə yerdə olduğunu anladıq və qızlara gedmək istədiyimizi deyəndə bizə hesab gətirildi. Baxdıq ki, 205 manat yazılıb. 105 manat içki, 50 manat da kabinet pulu. Biz hesabın məbləğinə mat qaldıq. Etiraz etdik ki, axı biz sifariş verməmişik, ikincisi də bizəgətirilən içkilər bu məbləğdə deyil. Belə deyəndə içəridən iri cüssəli oğlanlar çıxıb bu məbləği ödəmədən burdan çıxa bilməzsiniz dedilər. Uzun mübahisədən sonra pulumuzun olmadığını izah edə bildik. Bizim üstümüzü axtardılar. Nəyimiz varsa hamısını stolun üstünə boşaltmağı əmr etdilər. Portmana və cibimizdə pul tapmayanda kafenin müdiri bizimlə belə razılaşdı ki, 50 manat verin çıxın. Biz 50 manat ödəyib kafedən uzaqlaşdıq.”

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Səs Yazısı

Fahişələrlə əlbir işləyən kafe və barlar

Zərər çəkən Türkiyə vətəndaşı hadisəni nəql etdikdən sonra jurnalistimiz ondan təkrar o nömrə ilə əlaqə saxlamağı istəyir və eyni nömrəyə zəng olunur.

Özünü odnoklassnikidə Leyla kimi təqdim edən qız bu dəfə özünü Əsmər kimi təqdim edir və turistdən yerini soruşur. Turist Sahil metrosunun yaxınlığında olduğunu deyir. Qiymətini soruşan müştəriyə gecəsinin 40 manata olduğunu deyir. Əsmər türkiyəli müştərisini Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasının qarşısına dəvət edir. Biz çağırılan məkana yollanırıq.

Biz Rəssamlar İttifaqının yaxınlığındakı gül mağazasına gəlirik. Dəfələrlə zəng etməyimizə baxmayaraq bu dəfə qadına zəng çatmır. Görüş təyin etdiyi yerə biraz göz gəzdirdik. Gül dükanının yanında “Lion” adlı Pub olduğunu gördüyümüz zaman ehtimal etdik ki, Türkiyə vətəndaşlarının növbəti tələsi burada imiş. Çünki bizimlə telefon danışığında evə dəvət etmədiyi üçün ağıla sadəcə bu ehtimal gəlir.

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Səs Yazısı

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Səs Yazısı

Bu arada qeyd edək ki, bu əxlaqsız həyat tərzi sürən qadınlar bir şəbəkədir. Müxtəlif kafe və barlarla əlbir işlədikləri iddia olunur. Faizlə barların tələsinə müştəri salırlar. İlk olaraq zəng edən müştərilərin harada olduğunu soruşurlar və müştərinin olduğu yerə yaxın bir məkan müəyyənləşdirirlər.

Hesab ödənilməyəndə belə döyülürlər

Planlarımız baş tutmadığı üçün, Türkiyə vətəndaşları ilə onların tələyə düşürüldüyü ilk məkana müştəri kimi yollandıq. Məkana yaxınlaşdıq, lakin kafeyə daxil olmadan məkanın qarşısında bir qrupun toplandığını və içkili halda mübahisə etdiyinin şahidi olduq. Mübahisəyə uzaqdan qulaq asdıq və sürücü olduğunu deyən bir müştəri də növbəti qurban idi. Qısa mübahisədən sonra gənc oğlan bir neçə nəfər tərəfindən möhkəm döyüldü.

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Səs Yazısı

Bakıda fahişə şəbəkəsi və döyülən müştərilər-Foto-Səs Yazısı

Diqqət: Saytımızın daha əvvəl də belə bir şəbəkənin oyununu aşkarlayaraq içtimaiyyəti məlumatlandırmasından xeyli vaxt keçməsinə baxmayaraq hələ də belə şəbəkələri himəyə edənlər var. Əks təqdirdə bu qədər rahat hərəkət edə bilməzdilər. Bu tələyə düşməmək üçün təsadüfi tanışlıq və sosial şəbəkələrdə paylaşılan nömrələrə inanmayın. Diqqətli olun! /interpress.az

www.yenicag.az

2461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv