“Brilyant əl” filmində küçə qadını obrazını canlandıran aktrisa Viktoriya Ostrovskaya dünyasını dəyişib.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, sovet rus aktrisası Viktoriya Ostrovskaya fevralın 13-də vəfat edib.
Ostrovskaya “Brilyant əl” filmindəki rolu və “tsigel-tsigel, ay-lu-lu” ifadəsi ilə tanınmışdı.
Sonra o, Qorki adına Dnepropetrovsk Akademik Rus Dram Teatrında və Sızran Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib.
Ostrovskaya daha sonra otuz ildən çox Rusiya Dövlət Kitabxanasının incəsənət şöbəsində kitabxanaçı, uzun illər Moskvadakı sağlamlıq mərkəzlərindən birində aerobika üzrə təlimatçı işləyib.
Onun ölümün səbəbi və şəraiti hələlik məlum deyil.
Aktrisanın 85 yaşı var idi.
Xuraman Etibarlı