Bakıda Formula 1: ayaqüstü biletlər 29 manatdan başlayır

1450548836_yenisumqayit.az-01-300x199Xarici auditoriya üçün nəzərdə tutulmuş biletlərin 65 faizi sahibini tapıb.
Bakının ev sahibliyi edəcəyi Formula 1 yarışının Avropa Qran Prisinə onlayn bilet satışı artıq 1 aydır ki, davam edir.

Bu müddət ərzində xarici auditoriya üçün nəzərdə tutulmuş biletlərin 65 faizi sahibini tapıb. Bəs bu siyahıda hansı ölkələr üstünlük təşkil edir?

Bakı Şəhər Halqasının kommersiya direktoru Bülent Özerdemir bildirib ki, xarici ölkələr siyahısında ilk yerdə Rusiyadır. Rusiyadan başqa Qazaxıstan, İngiltərə, Hollandiya, İspaniya, Türkiyə və Kanada kimi ölkələrin də adı bu sıradadır.

Biletlərin dəyərinə gəlincə yarışın kommersiya direktorunun sözlərinə görə, qiymətlər xarici bazarda dollarla tənzimlənir. Daxildə isə bu proses manatla həyata keçiriləcək. Qiymətlər biletlərin yerlərinə və növlərinə görə dəyişəcək. Yəni 1 günlük və 3 günlük biletlər olacaq ki, bunlarında ən ucuzu ayaqüstü yerlər üçün nəzərdə tutulub:

“Bir günlük ayaqüstü biletlər 29 manatdan başlayır. Amma həftəsonu biletləri isə 130 manatdır. Ən bahalı bilet isə 700-manatdan yuxarıdır”.

Yarışı canlı olaraq həm ayaqüstü, həm də tribunalardan ümumilikdə 40 minədək tamaşaçı izləyə biləcək.

2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2015-ci ildə keçirilməsi nəzərdə tutulub.
3-günlük biletləri Formula 1 ™ Məşq sessiyalarına, təsnifat turuna və bazar günü keçiriləcək əsas yarışa tamaşa etməyə imkan verəcək.

Bakı şəhər halqasınında pilotlar Azadlıq meydanıdan start götürərək Neftçilər prospekti, Dənizkənarı Bulvar və Qız Qalası ilə yanaşı şəhərin əsas mərkəzi hissələrindən keçməklə 20 dövrə ərzində 6 km məsafə qət edəcəklər.(ans)