Formula 1 üzrə birinci sərbəst yürüş başladı – YENİLƏNDİ

Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilib.

Yenicag.az xəbər verir ki, birinci sərbəst yürüş saat 13:30-da başlayıb.

Bu gün “Formula 1″də ikinci test yürüşü, “Formula 2″də isə sıralama turu gerçəkləşəcək.

“Formula 2″də sərbəst yürüşdə ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

***

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başa çatıb.

Yenicag.az xəbər verir ki, ən yaxşı nəticəni “Van Amersfoort Racing”dən Entso Fittipaldi göstərib.

“İnvicta Racing”dən Kuş Maini ikinci, “Prema Racing”dən Andrea Kimi Antonelli üçüncü olub.

***

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisinə start verilib.

Yenicag.az xəbər verir ki, sərbəst yürüş saat 11:00-da başlayıb.

Bu gün “Formula 1″də iki test yürüşü, “Formula 2″də isə sıralama turu da gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.

COP29