Bakıda futbolçuların mobil telefonu oğurlandı

Bakıda futbol komandasının üzvlərinin mobil telefonu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.