Bakıda gecə saatlarında partlayış oldu

Bakıda Nizami rayonu ərazisində yerləşən qazanxanaların birində partlayış baş verib.

Bu barədəYenicag.az-a məlumat daxil olub.

Belə ki, gecə 04 radələrində Əli Vəliyev küçəsi, 3 ünvanında bir neçə binanı istiliklə təmin edən qazanxanada naməlum səbəbdən partlayış qeydə alınıb.
Hadisə zamanı ətrafdakı avtomobillərə ziyan dəyib.