Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda gəmidə ölüm hadisəsi - 58 yaşlı kişinin meyiti tapıldı

Bakıda gəmidə ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisinə aid hissəsində baş verib.

Xəzər Dəniz Neft Donanmasına məxsus “Kunarçay” gəmisinin kran operatorunun köməkçisi işləyən, 1961-ci il təvəllüdlü Qasımov İdris Güləhməd oğlu həmin gəmidə özünəməxsus istirahət otağında qəflətən ürəktutmasından ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçirib, meyit müavinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır./Trend/

www.yenicag.az

2504