Bakıda gənc ana 4 yaşlı qızı ilə birlikdə itkin düşdü

Bakıda ana azyaşlı qızı ilə birlikdə itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Gəncə prospekti, 72 saylı ünvanda kirayədə yaşayan 1997-ci il təvəllüdlü Tağıyeva Qəmər İsi qızı və onunla birlikdə yaşayan qızı, 2015-ci il təvəllüdlü Tağıyeva Xədicə Elnur qızı mayın 16-da səhər saatlarında yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırma aparılır.