!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gənc iş adamı intihar etdi – FOTOLAR

!Reklam – Yazi

biznesmenasdiiiNərimanov rayonu Atatürk prospekti 40 ünvanında yerləşən “DorTek” Avropa istehsalı qapı-pəncərə satışı ilə məşğul olan mağazanın müdiri, 36 yaşlı iş adamı intihar edib. Bizimyol.info xəbər verir ki, hadisə yerinə gələn ailə üzvləri gərgin anlar yaşayıb.

Baş verən hadisəyə inanmadıqlarını bildiriblər. O dünən evdən iş yerinə getmək adı ilə çıxıb. Axşam evə gəlməyib. Şəriki də onunla əlaqə saxlaya bilməyib. Yaxınları iş yerinə gəlsələr də mağazanı bağlı görüblər. Səhər iş yrinə gələn satıcı mağazanın zirzəmisinə düşən qapının açıq olduğunu görüb. Aşağı endikdə müdirini kəndirdən asılı vəziyyətdə görüb.

Hadisə yerinə Nərimanov rayon polis idarəsinin əməkdaşları çağırılıb. Baş verə hadisə ilə bağlı istintaq hərəkətləri aparılır. Meyit tibbi ekspertizadan keçirilməsi üçün şəhər 5 saylı xəstəxanasının morquna aparılıb. İstintaq orqanlarından verilən məlumata və yaxınlıqdakı mağazalarda çalışan şəxslər hələlik adının açıqlanması məqsəduyğun sayılmayan iş adamının son dərəcə yaxşı insan kimi xarakterizə edirlər.

Ancaq istintaq orqanları baş verən faciənin bütün istiqamətlərini araşdırmağı məqsəduyğun sayırlar. O üzdən olayın ailə münaqişəsi nəticəsində baş verməsi və ya borc, kredit problemləri ilə bağlı olması, hətta təşkil olunmuş cinayət olub olmadığı araşdırılır.

www.yenicag.az

1032
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv