Bakının Nizami rayonunda 25 yaşlı oğlan ehtiyatsızlıqdan yaralanıb.
Yenicag.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prospektində yerləşən beşmərtəbəli binada yaşayan 1997-ci il təvəllüdlü Səmədbəyli Fərid Şahin oğlu beşinci mərtəbənin eyvanında ehtiyatsız davrandığına görə yıxılıb.
O, bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.