Bakıda gənc oğlan canına qıydı

8fcdbbcaf214726a51640bb3fcfc1dcfBakıda intihar hadisəsi baş verib.

Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Sadiq Məmmədli özünü yaşadığı evdə asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır(APA).