Bakıda gənc oğlan itkin düşdü: 3 gündür evə geri dönməyib

Bakıda gənc oğlan itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi 32-də yaşayan Həsənov Otello Adil oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 1997-ci il təvəllüdlü Həsənov Anar Otello oğlu dekabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.