Bakıda gənc oğlan itkin düşdü

Bakı sakini naməlum şəraitdə itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.

Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.