!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda gənc oğlan supermarketdə ÖLDÜ - Həkim günahlandırılır - VİDEO

!Reklam – Yazi

Bakıda supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Qeyd edilib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gənc səhv masaj edilib.

Səhiyyə Nazirliyinin Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva bildirib ki, təcili tibbi yardım briqadası hadisə yerinə çatan zaman gənc artıq ölübmüş:

“Həkim ora çatan zaman artıq ölüm hadisəsi bioloji olaraq baş vermişdi. O videoda ölən adama ürək masajı edilib. Ətrafdakı şəxslərin təkidi ilə qapalı ürək masajı edilib. O masaj ilk 3-5 dəqiqə ərzində effektiv olur. Təcili yardıma müraciət etdikdən 5 dəqiqə sonra həkimlər ora çatıb. Amma vətəndaş yıxıldıqdan neçə dəqiqə sonra təcili tibbi yardıma müraciət edildiyini bilmirik. Qapalı ürək masajı zamanı, əsasən, zərbə vurulur. Camaatın içərisində olduğu üçün həkim onu edə bilməyib. Onun əvəzinə möhkəm təkan edib, videoya diqqətlə baxılan zaman döş qəfəsinin necə hərəkət etdiyini görmək olar. Məqsəd odur ki, ürəyin içərisindəki qan periferiyaya qovulsun”.

İ.Əliyeva qeyd edib ki, vəfat edən şəxs ürək xəstəsi olub: “Biz həmin şəxs haqqında məlumat topladıq. Məlum oldu ki, o, uşaq vaxtından ürək xəstəsi olub. Dəfələrlə xəstəxanada müalicə alıb, hazırda da poliklinikanın ambulator müalicəsində imiş. Sağlam insanda o cür hal baş verən zaman masaj etdikdə tez effekt almaq olur, amma xroniki ürək xəstələrində belə olmur. Həkim ora çatanda gənc artıq çoxdan keçinib”.

 

www.yenicag.az

1132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv