Bakıda gənc oğlanı güllələyərək qətlə yetirən şəxslər tutulublar.
Yenicag.az Report-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Osman Abdullayevi odlu silahla öldürməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Həsən Məşədiyev və 1991-ci il təvəllüdlü Emin Həmidov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Qaradağ rayonunda baş verib. Qətlə yetirilən O.Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb.